Java dərsləri
jdk- java development kit.
JDK => Kompüterdə kod yaza bilməmiz üçün lazım olan JAVA compiler-i (kompayleri) özündə saxlayır və JAVA runtime enviroment-i (rantaym envayirmenti) də özündə saxlayır. Başqa sözlə desək JAVA compiler-i və JVM- Java Virtual Machine (Java Virtual Maşını) özündə saxlayır və həmçinin JDK bizə lazım olan digər class-ları (klassları) da özündə saxlayır. Məsələn: String class-ı, İnteger class-ı və digər JAVA-nın üzərində gələn class-lar.
jre- java runtime enviroment.
JRE => Bu JVM-i özündə əhatə edir və JVM-in işə düşməsi üçün ona lazım hər bir proqramı, aləti və s. özündə saxlayır.
java.exe => JVM-i işə salır və java.exe JVM deyil.
javac.exe => Java compiler-i işə salır və javac.exe compiler demək olar.
Java ƏS (OS-Operation System) Əməliyyat Sistemindən asılı deyil. Çünki hər bir ƏS üçün əlavə JVM yazılır. Həmin JVM ƏS-i ilə necə anlacağını bilir. Sizin yaradılmış byte (bayt) kod, yəni .class faylı bircə dəfə yaranır və hər bir JVM üçün eyni olduğuna görə JVM sizin bayt kodunuzu istənilən halda oxuya bilir ona görə də sizin kodunuz ƏS-dən asılı deyil.
.java faylı => bizim yazdığımız kodlardır hansını ki, bizim oxuyub başa düşdüyümüz koddur.
.class faylı => kod compiler olunduqdan sonra yaranan fayldır və onu biz başa düşmürük. Bu koda bayt kod deyilir.
Hiç yorum yok:
Yorum Gönder