public static void main (String[] args) nədir?
Proyektin ilk işə düşən hissəsidir, daha dəqiq desək class-ın ilk işə düşən hissəsidir. Bir neçə class-da eyni anda public static void main (String[] args) ola bilər. Lakin ya özümüz əvvəlcədən başlanğıc nöqtəsini seçməliyik ya da proyekt işə düşəndə bizdən soruşacaq hansı class-ın public static void main (String[] args) işə düşsün. Çünki hər bir proyektin yalnız bir başlanğıc nöqtəsi ola bilər.
Variable (veirıbıl) => dəyişən deməkdir. Dəyişən dəyəri saxlayan simvoldur. Misal: int a = 2; burada a dəyişənin adıdır, ona görə dəyişən deyilir ki, a-nın dəyəri dəyişə bilir. int isə tipidir. Tiplər üç yerə bölünürlər: local variables(lokal dəyişənlər), instance variables(instans dəyişənlər) və static variables(statik dəyişənlər).
Local variable => Java-da metodda təyin etdiyimiz dəyişənləri lokal dəyişənlər adlandıra bilərik. Metodda local dəyişənlərdən istifadə etsək, ilkin dəyər vermək məcburiyətindəyik(initialize). Dəyər vermədiyimiz zaman xəta verəcək.
İnitialize => bir dəyişənə dəyərin mənimsədilmə prosesinə deyilir.
İnstance variable => bir class-ın içində müəyyən edilmiş qeyri-statik dəyişənlərə verilən ad. Biz ilkin dəyər vermək məcburiyyətində deyilik (initialize). Dəyər vermədiyimiz zaman xəta verməyəcək, çünki JAVAda static və instance dəyişənlərə , tipindən asılı olaraq avtomatik dəyər təyin olunur.
Static variable => Statik Dəyişənlər yaradıldıqda, onların aid olduğu class üçün yalnız bir yaddaş sahəsi yaradılır. Onlar hər yaradılmış obyekt üçün yenidən yaddaş tutmurlar. Statik dəyişənlər obyektə bağlanmadan yaradıldığı üçün onları obyekt yaratmadan çağırmaq olar. Yəni statik dəyişənləri heç bir obyekt yaradılmadan və ya bütün mövcud obyektlər silindikdən sonra da çağırmaq olar.
QEYD: static method və static variable İDE-lərdə fərləndirmək üçün italic olurlar.